Cəmiyyət

640 yerlik məktəbdə 2670 şagird oxuyur - Bakıda 4 növbəli məktəb - VİDEO

21 Sentyabr 2017 21:07
2 Şərh     Baxış: 2 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi məktəblər birnövbəli, bəziləri isə ikinövbəlidir. Şagirdlər isə belə məktəblərdə dərsə gedib-gəlməkdə əziyyət çəkmirlər. Amma elə məktəblər də var ki, orda nəinki 3, hətta 4 növbəli dərs sistemi mövcuddur. Bu isə valideynlərin haqlı narazılıqlarına səbəb olur. Təsəvvür edin ki, 4-cü növbədə oxuyan şagirdlər dərsdən axşam saat 8-də çıxırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Binəqədi rayonunda yerləşən dördnövbəli sistemdə dərs keçirilən 179 və Zabrat qəsəbəsində yerləşən üçnövbəli 75 saylı tam orta məktəblərdən gedir. 3 və ya 4 övladı bu məktəblərdə oxuyan valideynlər deyirlər ki, bütün gün yollarda olduqları üçün uşaqların dərsləri ilə maraqlanmağa vaxt tapmırlar.
Şagirdlərsə deyirlər ki, dərsdən gec çıxdıqlarına görə onların nə ev tapşırığı hazırlamağa vaxtları qalir, nə də istirahətə.
Məsələ burasındadır ki, 640 şagird yerlik 179 saylı tam orta məktəbdə 2670 şagird təhsil alir. Buna görə də məktəb rəsmi olaraq 2 növbədə fəaliyyət göstərməli olduğu halda, sıxlığın tənzimlənməsi üçün 2 aralıq növbə də yaradılıb.
Zabrat qəsəbəsindəki 3 növbəli məktəbdə isə ötən ilə nisbətən bu il şagirdlərin sayıa 100 nəfərə yaxın artıb.
Amma burda elə məktəbin həyətində yeni binə inşa edilib. Hətta təmir də olunub. Lakin hələ ki, istifadəyə verilmir. Burda təhsil alan şagirdlər və valideynlərin sözlərinə görə, əgər yeni tikilən məktəb binasi istifadəyə verilsə, 3 növbəli sistem ləğv olunar.
2-ci və 3-cü növbədə oxuyan şagirdlər də yeni tikilən məktəbin açilişini səbirsizliklə gözləyirlər.
Bakı şəhər Təhsil İdarəsindən isə məsələ ilə bağlı məlumat verildi ki, görülən tədbirlər növbəti illərdə vəziyyətin müsbətə doğru dəyişəcəyini deməyə əsas verir. Lakin 75 saylı məktəbin həyətində inşa olunan yeni mətkəb binasının nə vaxt istifadəyə verilməsi ilə bağlı sualımız isə açıq qaldı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
640 yerlik məktəbdə 2670 şagird oxuyur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.