Cəmiyyət

"Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər"

21 Sentyabr 2017 20:38
6 Şərh     Baxış: 1 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər". 

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında dünya şöhrətli alim Lütfizadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib. Onun sözlərinə görə, alimin cənazəsinin gətirilməsi sənədləşmə məsələsində görə ləngiyir: "Hazırda bu məsələ müzakirə olunur. Hər halda, mənim bildiyim odur ki, bu proses yeddi gün, bəlkə də on gün çəkdi. Sizə dəqiq heç nə deyə bilmirəm. Çünki ola da bilər, yeddi-səkkiz günə yox, cənazəni dörd-beş günə gətirsinlər", - deyə, C. Səlimova qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.