Cəmiyyət

Güzgüyə baxaraq ağlamayın,bu sizin...

23 Sentyabr 2017 21:10
9 Şərh     Baxış: 3 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların əksəriyyəti müxtəlif şayələrə inanırlar.Məsələn,bəzi insanlar onların yollarına qara pişik çıxdıqda işlərinin düz getməməyinə,bəziləri 13 rəqəminin nəs olduğuna,bəziləri isə 666.6 rəqəminin şeytanın nömrəsi olduğuna inanır və öz gündəlik fəaliyyətlərində bunlardan uzaq olmağa çalışırlar.Bir çox insanlar isə ta qədim zamanlardan bəri güzgü ilə bağlı olan söz-söhbətlərə inanır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, güzgü ilə bağlı olan şayələrdən biri də ağlayaraq güzgüyə baxmağın insana mənfi enerji vermək fikridir.Əslində bu, şayə deyil reallıqdır.Ağlayan zaman güzgüyə baxmağın insana mənfi təsir etməsinin elmi açıqlaması vardır.
Psixoloqlar insanların ağlayaraq güzgüyə baxmalarının tam əleyhinə olduqlarını söyləyirlər.Onları bunun insanın gələcək həyatında pis rol oynadığı nəzərə alaraq bu fikri yürüdürlər.
Belə ki, insanlar ağladıqları zaman onların sifəti kədərin təsirindən eybəcərləşir,onların üz-gözləri şişkinləşir və baxışları qəmgin və ümidsiz olur.İnsanların əksəriyyəti ümidsizliyə düçar olduqları zaman ağlıayırlar.Onlar güzgüdə öz ümidsiz vəziyyətlərini gördükdə həyatdan daha da küsürlər.Bu da onların psixologiyalarına mənfi nəsir edir.Ağlayan vəziyyətdə güzgüyə baxan insanlar özlərini daha çarəsiz və tənha hiss edir.Bu hal ən çox sentimental adamlarda,ən çox da yeniyetmə qızlarda baş verir.
Bəs nə etmək lazımdır?
Psixoloqlar ağlayan adamın güzgüdən uzaq durmağını,üz-gözünü soyuq su ilə yuduqdan sonra güzgüyə yaxınlaşmalarını və ağladıqdan sonra əllərinə daraq alaraq güzgüyə yaxınlaşmağı məsləhət görür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.