Cəmiyyət

Kişinin öz saçına rəng qoyması günahdır?

23 Sentyabr 2017 21:15
2 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öz-özlüyündə kişinin saç-saqqalına rəng və hətta həna qoyması günah deyil. Bunu həm bəyənən, həm də bəyənilməz sayan hədislər vardır ki, onlar da şəraitə və zamana uyğun izah edilməlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, müəyyən dövrlərdə kişilərin saç-saqqalını qara boyaması bəyənilən hal sayılıb. Səbəb o idi ki, o zamanlar din yolunda döyüşlər aparılırdı. Müsəlman ordusundakı əsgərlər öz qocalıqlarını gizlətmək üçün saçlarına və saqqallarına rəng qoyurdular, bununla da özlərini cavan göstərir və düşməni qorxuya salırdılar. Daha sonralar müharibələr azaldığı və adətən sadə camaat deyil, ordu döyüşdüyü üçün bu məsələ öz aktuallığını itirdi. Əksinə, insanı əzəmətli, vüqarlı göstərən ağ saçları gizlətmədilər, bunu üstünlük kimi qəbul etdilər. Hər bir halda saç-saqqala rəng və həna qoymaq günah deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.