Cəmiyyət

Bu uşaqların yaxınları axtarılır - "İŞİD"ə qoşulan valideynləri ölüb - VİDEO

20 Sentyabr 2017 17:07
6 Şərh     Baxış: 2 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İŞİD"ə qatılan azərbaycanlı ailənin iki övladı xilas edilib.

Milli.Az Sputnik Azərbaycana istinadən xəbər verir ki, 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdulla İraqın Təl-Afər şəhərindən xilas edilərək Bağdada gətirilib.

Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər. Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq atası və anasının Mosulda öldüyünü deyib. Lakin Azərbaycanın hansı bölgəsindən olmaları, baba və nənəsinin harda olmasını bilmədiyini deyib.

Əgər bu videodakı uşaqları tanıyan varsa, sözügedən sayta müraciət etsinlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İŞİD-dən təmizlənən ərazidə tapılan azərbaycanlı uşağın görüntüləri

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.