Cəmiyyət

14 gün keçdi... Lütfi Zadənin nəşi Bakıya gətirilməsə...

20 Sentyabr 2017 12:41
4 Şərh     Baxış: 4 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Kaliforniyada vəfat edən Lütfi Zadənin nəşinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi gözlənilir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, artıq sentyabrın 6-dan etibarən bu fikir səsləndirilir. Bunun üçün müəyyən işlərin  görüldüyü bildirilir. Amma 14 gün keçməsinə baxmayaraq, Lütfi Zadənin nəşi ilə bağlı, hələ ki, yeni məlumat yoxdur. Bu səbəbdən əksəriyyət düşünür ki, görkəmli azərbaycanlı alimin nəşinin Azərbaycana gətirilməmə ehtimalı çoxdur. Halbuki, Lütfi Zadənin Bakıda dəfn olunacağı yer də məlumdur. Hətta I Fəxri xiyabanda məzar da qazılıb.

Bəs Lütfi Zadənin nəşi gətirilməsə, görülən hazırlıqlar, məzar yeri necə olacaq?

Məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib ki, bu cür ehtimalın olması mümkün deyil:

"Lütfi Zadənin nəşini gətirsələr, dəfn edəcəyik, gətirməsələr nə olacağını bilmirəm. Bilirsiniz ki, hər şey hazırdır. Məzar yeri də var. Əgər alimin nəşi gətirilməsə, məzar yeri elə olduğu kimi qalacaq. Amma belə şeyin olma ehtimalı yoxdur. Lüfti Zadənin nəşi mütləq gətiriləcək. Bu barədə bizə məlumat verilib".

S.Həsənov, həmçinin qeyd edib ki, alimin nəşinin gətirilmə tarixi dəqiq məlum deyil:

"Lütfi Zadənin hansı gün dəfn edilməsi ilə bağlı bizə heç bir məlumat verilməyib. Əgər elə bir  informasiyamız olsa, müəyyən tədbirlər görəcəyik. Lakin biz də hələ ki gözləyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.