Cəmiyyət

Bakı Ali Neft Məktəbində "Neftçilər günü" keçirildi

20 Sentyabr 2017 12:45
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbində (BANM) 20 sentyabr Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru RamizHümbətov Azərbaycan neftçilərini, BANM-in professor-müəllim heyətini və əməkdaşlarını bayram münasibətilə təbrik edib. R.Hümbətov 20 sentyabr "Neftçilər günü" Ümummilli lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edildiyini diqqətə çatdırdı. O, bildirdi ki,"Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü il 20 sentyabr tarixindən artıq 23 il keçir.

"Bu müqavilə Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edib və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasətin layiqlı davamçısı kimi neft sənayesinin inkişafı yeni mərhələnin əsasını qoymaqla neft tarixində yeni bir uğuru imza atmışdır",- prorektor dedi.

R.Hümbətov 14 sentyabr 2017-ci il tarixində ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün adlanaraq "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandığını bildirib. O, "Əsrin müqaviləsi" adlanan "Azəri-Çıraq-Günəşli" neft yataqları üzrə Hasilatın Pay Bölgüsü müqaviləsinin 2050-ci ilə qədər uğurla uzadılması bundan sonrakı mərhələdə Azərbaycanın neftlə bərabər, təbii qaynaqlarının işlənilməsinin davam etməsi üçün çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev "Azərbaycan neftini qələbəyə aparan tarixi yol" adlı məruzə ilə çıxış etdi. Tədbirin sonunda "Əsrin müqaviləsi"nin imzanlanmasının tarixi əhəmiyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.