Cəmiyyət

İki uşağın müəmmalı ölümü:“Atası yorğanı qaldıranda baxıb ki...”

19 Sentyabr 2017 22:53
11 Şərh     Baxış: 11 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda bir ayın içində dünyasını dəyişən bacı ilə qardaşın ölümünün bəzi təfərrüatları məlum olub.

Milli.Az aznews.az-a istinadən bildiriri ki, rayonun Həşimxanlı kənd sakinlərinin verdiyi məlumata görə, ailənin kiçik övladı bir ay bundan əvvəl ölüb:

"Ailənin iki uşağı olub. Balaca uşaq bir ay əvvəl ölüb. Həmin uşaq anadangəlmə astma xəstəsi idi. Dəfələrlə Bakıda xəstəxanalarda müalicə olunub. Həmin arada bu uşaq yanıb. O hadisədən uşaq şok keçirib. Amma, ailənin digər ikinci, yəni böyük uşağı Səma Əsədli isə bu gün dünyasını dəyişib".

Sakinlər qeyd edib ki, Səma Əsədlinin atası Əsəd xəstədir:

"Aqşin nevroz xəstəsidir. Anası səhər tezdən Aqşini həkimə aparırmış. Səma yerinin içindən nənəsinə səslənib ki, "nənə, həkimdən qayıdada mən oyuncaq al". Nənə Aqşini həkimə aparıb qayıdanda görüb ki, Səma yuxudan oyanmayıb. Atası yorğanı qaldıranda baxıb ki, Səma gömgöydür. Nə qədər çağırıbsa, səs verməyib. Həkim gələndə isə artıq onun öldüyünü deyib".

Qeyd edək ki, Sabirabbada bacı ilə qardaş bir ayın içində dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.