Cəmiyyət

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 22:08
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax şəhərində avtobus ilə minik maşını toqquşub.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza Yevlax şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məxsus avtobusun "Mazda" markalı avtomobillə toqquşması nəticəsində qeydə alınıb.
Nəticədə "Mazda"nın 1984-cü il təvəllüdlü sürücüsü Fuad Zahid oğlu Rəhimov və avtobusun sürücüsü xəsarət alıb.
Hadisə zamanı avtobusda MKTB-də çalışan 10-a yaxın xadimə olub.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Hər iki yaralının vəziyyəti normaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.