Gözlənilən an gəldi. Nəhayət doğum baş verdi və hamilə qadın ana oldu. İndi onun qarşısında daha məsuliyyətli vəzifələr durur. İndi ananın düşündüyü yegənə şey övladının sağlam böyüməsi üçün onun necə qidalanmasıdır.
Dünyaya göz açan körpə tamamilə köməksizdir və anasından asılıdır. Uşağın sağlam böyüməsi ananın onu necə qidalandırmasından və ona edilən qulluqdan asılıdır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, yeni doğulmuş uşağın qidalanması üçün ən çox lazım olan şey ana südüdür. Ana südü uşağın sağlam böyüməsi üçün ən lazım olan qida vasitəsidir. Ana südü qədər uşağın sağlamlığının qayğısına qalan ikinci bir şey yoxdur. Ana südü uşağın sağlam böyüməsi üçün çox faydalıdır. O bir yaşına qədər olan uşaq üçün ən dəyərli qida vasitəsi hesab edilir. Yeni doğulmuş uşağa həyatının ilk günlərində immunoqlobilin və antitoksinin verilməsi isə uşağın həyatının sağlam olması üçün vacib sayılan amillərdən biridir. Ana düyaya gələn körpəsini həkimlərin uşağı əmizdirməyə məsləhət bildikləri andan yedizdirməyə başlayır.
Doğuşdan sonra ananın döşləri böyüməyə başlayır, bunun səbəbi isə süd axarlarının südlə dolmasıdır. Süd vəzilərində əmələ gələn laktostazın mastitə çevrilməməi üçün isə mamaça və ya ginekoloqun məsləhətlərinə qulaq asmaq lazımdır. Çünki mastit ağrılı prosesdir və ona qarşı diqqətsiz olduqda ağırlaşmalar meydana gətirə bilir. Əslində hər bir qadın mastitin öhdəsindən özü gələ bilər.
Südəmizdirmə ilə əlaqədar olan problemlərin olmaması üçün ana uşağı əmizdirdiyi zaman döşlərinə diqqətlə yanaşmalıdır. Süd əmmə zamanı uşaq ağzının ananın döşünün giləsinə dayayaraq süd əmməyə başlayır. Bu zaman ana döşün giləsinin uşağın burnunu tutmamasına diqqət yetirməlidir. Uşaq əmdiyi zaman ana onun südü udmasına diqqət yetirməlidir. Uşağın sağlam böyüməsi üçün ananın uşağı düzgün və normada əmizdirməsi əsas şərtdir.
Ananın südünün həddindən çox yağlı olması və ya çox yağsız olması uşağın həzm prosesinə təsir etdiyi üçün bu barədə həkimin məsləhətlərinə qulaq asmaq lazımdır.
Uşağın dünyaya gəlişinin birinci ayında onun qidalanması ciddi nəzarət altında saxlanmalıdır. Mütəxəssislər uşağın döş istədiyi zaman onun döşlə qidalandırmağı məsləhət bilir. Çünki bu, ananın döşlərinə daha çox südün yığılmasına səbəb olur. Gün ərzində 10 dəfədən az olmayaraq uşağa döş vermək məsləhət bilinir. Ananın döşləri uşağın birinci ayında gecə saat ikidən səhər saat 5-ə qədər dincəlir və tamamilə südlə dolur.
Mütəxəssislər uşağa əmzik verməyi düzgün hesab etmir və bu barədə anaları ayıq olmağa səsləyirlər. Bu dövrdə uşağa əmzik vermək məsləhət bilinmir, az miqdarda su və ya açıq rəngli çay verməyi tövsiyə edirlər.
Ananın yetərincə südünün olması üçün onun öz qidalanmasına diqqət yetirməyi vacib sayılır. Keyfiyyətli qidalarla qidalanmaq ananın südünü çox keyfiyyətli olmasına səbəb olur. Bunun üçün isə ana vitaminli qidalarla qidalanmalıdır.
Ananın südü olmadığı zaman isə uşağı başqa südü olan ana vasitəsilə və ya xüsusi uşaq yeməkləri ilə qidalandırmaq lazımdır. Amma ən yaxşı variant digər ananın südü vasitəsilə qidalandırmadır. Bunu əldə etmək mümkün olmadıqda isə uşaq həkiminin məsləhət bildiyi uşaq yeməyi ilə qidalandırmaq lazım gəlir. Bu zaman uşaq üçün yemək hazırlayacaq qablar ayrı yuyulmalı, yuyan zaman kimyəvi maddələrdən istifadə edilməməlidir. Qidanı hazırlayan zaman isə onun hansı istilikdə hazırlanması və hansı istilikdə uşağa yedizdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Milli.Az
Cəmiyyət
Bir aylıq uşağın qidalanması
19 Sentyabr 2017 23:55
1 Şərh
Baxış: 1 670
DİGƏR XƏBƏRLƏR
- Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
- Yunus Oğuzun “Cığır”ının əsas məziyyətləri
- Yunus Oğuz bu əsəri ilə Şuşa qürurunu yenidən yaşadır - Etibar Babayev
- Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
- İtkin düşən qızın meyiti tapıldı - Cinayəti törədənin kimliyi dəhşətə gətirir - FOTO
- Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO
XƏBƏR LENTİ
- Roza Zərgərlinin yeni peşəsi - VİDEO
- 2026-cı ilədək Laçına 5 mindən çox sakin qayıdacaq
- Azərbaycan СОР29-dan bunun üçün istifadə edə bilər - Metyu Brayza
- Mesut yenidən "Arka Sokaklar"da - FOTO
- Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb
- Azərbaycan Qazaxıstana humanitar yardımla dolu 5 maşın göndərib - VİDEO
- 15 gündə qarın piyini əridən içki
- Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- Sadır Japarov: Bu, Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir
- Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
- Prezident Qırğızıstana təşəkkürünü bildirib
- Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
- Türkiyənin Qırğızısıtana sement məhsulları ixracının həcmi açıqlanıb
- Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir
- Bahar ona borc verməyən həmkarına efirdə QARĞIŞ ETDİ – VİDEO
- Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO
- Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollaradək artıb
- FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
- İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur
- “Ayağıma geyindiyim corabı unudub, yarım saat axtarırdım”
- Vardanyandan “sülh quşu” yaratmaq cəhdi - Separatçı milyarderin sərvəti uğrunda mübarizə
- “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı
- Prezident: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir
- Cingiz Əhmədovu İNCİDƏN SƏBƏB: "Rejissorlar məni..."