Cəmiyyət

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azaldı

15 Sentyabr 2017 20:18
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində təbii artımın kəskin azalması qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bölgədə əhalinin təbii artımı 336 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə (ötən il təbii artım 812 nəfər olub) 58,6 % azdır.
 
Hesabat dövründə Kvemo Kartli bölgəsinin digər əsas demoqrafik göstəricilərinə gəlincə, yanvar-iyun aylarında yeni doğulanların sayı 2 681 nəfər, ölənlərin sayı 2 345 nəfər, nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 213 və 510 fakt təşkil edib.
 
Qeyd edək ki, Gürcüstanda 2014-ci ildə aparılmış əhalinin son siyahıya alınmasına əsasən, Kvemo Kartli bölgəsində 423 986 nəfər əhali yaşayır.
 
Əhalinin 177 032 nəfəri azərbaycanlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.