Cəmiyyət

Əsl uğur odur ki, həm Allah insandan razı olsun

17 Sentyabr 2017 20:55
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsl uğur odur ki, həm Allah insandan razı olsun və həm də insan nemətlərə çatdığı üçün Allahından razı olsun

Hər kəs xoşbəxtliyin rəmzini bir cür bəyan edir. Biri mal və sərvətdə görür, biri vəzifəyə çatmaqda görür, biri övlad sahibi olmaqda... Hər biri bu nöqtədə müştərəkdir ki, hamı xoşbəxt olmaq istəyir. Xoşbəxt o kəsdir ki, qərar tutduğu vəziyyətdən razı olsun.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəs bu hay-küylü dünyada kimlər özlərini xoşbəxt hesab edirlər?
Allah Təala Quranda buyurur: "Allah buyurar: "Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!"". ("Maidə" 119).
Bu ayədə Allah Təbarəkə və Təala behişt bağlarını təsvir edəndən sonra buyurur ki, budur böyük uğur! Bu ayə onu göstərir ki, həm Allahın insandan razı olması və həm də insanın Allahdan razı olması - böyük bir uğurdur. Belə ki, mümkündür ki, bəndə İlahi nemətlərə qərq olsun, ancaq hiss etsin ki, Allah ondan razı deyildir. Bütün bu nemətlər gözündən düşər və dəyəri qalmaz. Həmçinin ola bilsin ki, insanın bütün nemətləri olsun, ancaq onlardan razı olmasın. Bu cür olan halda həmin insan özünü xoşbəxt hiss etməyəcəkdir. Narahatlıqlar ona əziyyət verəcəkdir. Ən böyük nemət olan hüzuru ondan alacaqdır. (Tebyan)
O zaman ki, Allah bəndəsindən razı olar, nə istəyirsə ona verər. Ona istədiyini verən zaman bəndə də razı olar. Ona görə də Quran təlimlərinə əsasən demək olar ki, ən böyük xoşbəxtlik ondadır ki, Allah insandan razı olsun və bəndə də Allahdan razı olsun.
Bu mövzu təkcə axirətə aid deyildir. Elə bu dünyada da mümkün olan bir işdir. Əgər Allah insandan razı olarsa, onda bəndə daxili hüzura çatar. "Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf və gözəlliyini) bildi, nəticədə onlara (ürək) rahatlığ(ı) və xatircəmlik nazil etdi və onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi". ("Fəth" 18).
Bu ayədən də göründüyü kimi, Allah o kəslərə yardım edir ki, niyyətləri saf və gözəl olsun. Batinləri səfalı olsun. Allah bu insanların niyyətinə, batininin saflığına görə ondan razı olar. Nəticədə bəndənin ürəyi rahatlıq tapar.
Əmirəl-möminin (ə) düşmənlərlə olan ilk cihadı haqqında buyurur: "O zaman ki, Allah bizim sadiqliyimiz və ixlasımızı gördü, xarlıq və zilləti düşmənə, qələbəni isə bizə nazil etdi. O yerə qədər ki, İslam torpaq səhifəsində yayıldı və öz dini üçün geniş diyarları seçdi. Canıma and olsun ki, biz əgər mübarizədə sizin kimi olsaydıq, heç bir zaman din bərpa olmazdı. İman ağacının budaqları yaşıllaşmazdı".
Deməli, Allah razılığını əldə etməyin ilk yolu - sədaqət və ixlasdır.
1. İman və saleh əməl. "Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür". ("Bəyyinə" 7-8).
2. Allah qorxusu. "Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür". ("Bəyyinə" 8).
3. Elm əldə etmək. "Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır". ("Fatir" 28).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.