Cəmiyyət

Azərbaycanda pensiya təyinatı halları artırılıb

13 Sentyabr 2017 22:49
1 Şərh     Baxış: 2 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiyanın təyin edilmə halları artırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilib.

Hazırda uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən bu qaydaların 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda tətbiq olunur.

Yeni dəyişikliyə əsasən, uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya qeyd edilən hallarla yanaşı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə də təyin edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.