Cəmiyyət

Mərasim evləri: qiymətlər şadlıq sarayları ilə yarışır - VİDEO

13 Sentyabr 2017 23:01
2 Şərh     Baxış: 4 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiminsə yası düşürsə ilk növbədə mərasim evlərindəki qiymətlərlə maraqlanır. Sözsüz ki, bəzilərini qane edən qiymətlər bəziləri üçün əlçatmaz görünür. Milli.Az bildirir ki, paytaxt sakinləri iddia edirlər ki, indi mərasim evlərindəki menyu qiymətləri şadlıq evlərindəki qiymətlərlə ayaqlaşmağa başlayıb.

Ancaq nədənsə mərasim evlərinin sahibləri qiymətlərlə bağlı suallarımızı cavablamaqda maraqlı görünmədilər. Qapısını döydüyümüz mərasim evlərinin əksəriyyəti ya "işləmirik" dedi, ya da müsahibə verməkdən imtina etdi. Ancaq şifahi də olsa, öyrənə bildik ki, mərasim evlərini həm məkan olaraq birgünlük kirayəyə verirlər, həm də menyu ilə xidmət göstərirlər. Orta vəziyyətli mərasim evlərinin 1 günlük kirayə qiymətləri 300-500 manat arasında dəyişir və bu da zalın genişliyindən asılıdır. Menyu qiymətləri isə 10 manatdan başlayaraq 15 manata qədər artır.

Yalnız bir nəfər - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən mərasim evinin sahibi Vüqar Rüstəmov mikrafonumuzu danışdı. Onun sözlərinə görə, istənilən halda müştərilərlə qiymətdə razılığa gəlinir. Ancaq elə müştərilər də olur ki, menyuya əlavələr etmək istəyir:

Belə çıxır ki, qiymətlərə təsir edən elə biz özümüzük, yəni rəhmətə gedənə ehsan verənlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mərasim evləri: qiymətlər şadlıq sarayları ilə yarışır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.