Cəmiyyət

Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız - VİDEO

13 Sentyabr 2017 22:43
4 Şərh     Baxış: 10 066

Valideynlərin razılığını təsdiq edən rəsmi sənəd olmadan az yaşlı uşaqları qatarla bölgələrə aparmağa icazə verilmir.

Milli.Az bildirir ki, bu yenilik "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tətbiq edilir. Yaşı 10 dan aşağı olan uşaqlar nənə, baba və yaxın yaxud qohumları tərəfindən qatara bilet almaq istəyərkən onlardan valideynlərin icazə sənədi tələb edilir...

Əks halda həmin şəxslərə bilet satılmır. Bu icazə kağızı qatara mindikdə də vaqon nəzarətçisi tərəfindən yoxlanıldıqdan sonra uşaq qatara buraxılır. Yeni qaydaların məqsədi uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu dəyişiklik ictimaiyyət tərəfindən də müsbət qarşılanır.

Qeyd edək ki, bu qaydalar ölkədaxili avtobus səfərlərində tətbiq edilmir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız

Şərh yaz:

4 Şərh:

  • Anonim
    AYTEN · 13 Sentyabr 23:1730

    eger beledirse bunu elemek isdiyen diger neqliyyat vasitesinden isdifade edecek dediyiniz kimi avtobus meselen

    Cavab yaz
  • Anonim
    Tenqidci · 13 Sentyabr 23:3911

    bunlar deyesen aqlini itirirlereeeee........

    Cavab yaz
  • Anonim
    oxucu · 14 Sentyabr 00:1771

    Yaşansın notarius idarələri! Təklif edirəm: kişi arvadı maç eləmək üçün, baba ( nənə) uşağı gəzməyə çıxarmaq üçün, arvad atası evinə qonaq getmək üçün, canım sənə desin asqırmaq , öskürmək (lənət sənə şeytan az qala birini də demişdim)üçün icazə kağızı tətbiq edilsin .Özü də notarial qaydada təsdiq edilmiş kağız olmalq şərti ilə. Yoxsa özbaşınalıqdır kim necə istəyir asqırır ,öskürür.

    Cavab yaz
  • Anonim
    Vugs · 14 Sentyabr 10:3001

    Asan Xidmet notariuslarin coreyin alib elinnen, ona gore de bu cur mentiqsiz addimlar atirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.