Cəmiyyət

Müğənnilər toyda niyə fonoqram oxuyur? - VİDEO

13 Sentyabr 2017 22:31
17 Şərh     Baxış: 2 564

Milli.Az bildirir ki, bir sıra müğənnilər pulu ödənilərək toya dəvət edilsə də canlı ifa əvəzinə fonoqram oxumağı üstün tuturlar. Bu isə əksər hallarda insanın narazılığına səbəb olur və müğənnilərin qonaqlara qarşı hörmətsizliyi kimi dəyərləndirilir.

Müğənni Abbas Bağırov bildirir ki, o hər zaman mahnıları canlı ifa etməyə üstünlük verir. Müğənnin fikrincə bəzən musiqiçilər onun mahnısını ifa edə bilməyəndə çarəsiz qalaraq fonoqram oxuya bilərlər. Ancaq bunun mütəmadi hal alması həm müğənninin özünü, həm də auditoriyanı aldatmaqdan başqa bir şey deyil.

Müğənni Rüfət Axundov isə bildirir ki, əgər müğənni hansısa toya gedəndə əmin olur ki, onun mahnısını ansambl normal ifa edə bilməyəcək onda fonoqram oxumağa məcbur olur. Bundan bütün dünyadakı müğənnilər də istifadə edir. Müğənni bildirir ki, fonoqram oxunanda belə o həmin müğənninin öz səsidir. Buna görə tənqid olunacaq bir məqam görmür.

Müğənni Emil Bədəlov isə bildirib ki, eger toyu özü aparırsa yeni başdan sonadek toyda olursa yalnız canlı oxuyur. və bu belə də olmalıdır. amma bəzən yarım saatlıq hansısa toya gedirsə və ordakı ansambl məhz ona məxsus mahnıları ifa edə bilmirsə onda fonoqram oxumağa məcbur olur.

Şadlıq evlərindən birinin inzibatçısı Habil Ağayev bildirir ki, müğənnilərin fonoqram və ya canlı oxumasına onlar müdaxilə etmirlər. Bu məsələ müğənni ilə toy sahibi arasında həll olunur.

Buna görə toyunda canlı ifa görmək istəyənlər gərək öncədən müğənni ilə bu məsələdə razılaşsınlar. Ancaq bu məsələ sırf razılaşma ilə həll olunduğuna görə müğənni üçün hansısa bir məsuliyyət cəzasından söhbət getmir. Məsələ ancaq qalır müğənnilərin öz insafına ki, onlar özlərinə, qarşılarındakı insanlara və ifa etdikləri mahnıya nə dərəcədə hörmətlə yanaşırlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Müğənnilər toyda niyə fonoqram oxuyur?

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Musviq · 13 Sentyabr 22:3710

    Demeli bu ayin 8 toyda idim.Toyda her sey oz qaydasinda gedirdi duzdu taninmis mugenilleri yoxidi amma nese cansixici gelirdi mene.Toyun ortasinda xina yaxdi merasimi kecirtdiler 2 dene qiz hakista deye deye deyisirdiler inanin nedense maragima sebeb oldu oturub axira kimi baxdimda o toydan birdene yadigar o qaldi aglimda

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 13 Sentyabr 22:5391

    Canli oxumaqa duxulari catmir asan variant ses yazdir disk dasiyan dasisin.Vessalam.

    Cavab yaz
    • Anonim
      ***** · 14 Sentyabr 10:0953

      duxu nədir?

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 14 Sentyabr 10:2134

        Bu mudaxileni yazmasaydin olmazdi,??? Gir internete youtuba bax yaz duxu nedi?? Cavab gelecek..

        Cavab yaz
        • Anonim
          H.H · 14 Sentyabr 11:0020

          Esra xanim onlarda dux olmaq ucun ses lazimdi..o da onlarda yoxdu.

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 11:0530

            Tamamile raziyam cunki, qarqalarin sesin bulbul edir sesyazma studiyalari asanca fonoqramm edirler toylarda.

            Cavab yaz
            • Anonim
              H.H · 14 Sentyabr 11:2710

              Duzdur.Bu mugennilerde gunah yoxdu.2avqgunah onlari toylarina cagiranlardadi.nedi nedi taninmis mugennilerdi.

            • Anonim
              Esra ibrahimli (Samaxi) · 14 Sentyabr 11:5220

              Bunlarin zil seslerin axtariram amma tapmiram ki, tapmirammmm???

            • Anonim
              H.H · 14 Sentyabr 12:0200

              Niye ki zil sesli mugenni axtaran havada tapar))))

        • Anonim
          **** · 14 Sentyabr 11:0153

          internet de bacarmadi, bele soz yoxdur))))

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 11:0435

            Sen el cekmirsen??? 4 D format ocki tax yaz kosmetik vasiteler gelecek.

            Cavab yaz
            • Anonim
              **** · 14 Sentyabr 11:5542

              Hec cure boynunuza almayin ki, sehv yazirsiniz sozu ve siz nezerde tutduqunuz *duxu*nun kosmetik vasitelerle hec bir elaqesi yoxdur. Дух ve духи bashqa bashqa sozlerdir)))))

            • Anonim
              Esra ibrahimli (Samaxi) · 14 Sentyabr 12:0221

              Bilirem bala,elaqesi olmadiqin sen menden yaxsi bilirsen dux nedi sadece meni eseb edirsen. bes men sene ne yazim ki el cekesen??? De yazim

  • Anonim
    ana · 13 Sentyabr 23:0900

    Wexsen menoiglumada qizimada toy etdirmiwem Bakida ayri ayri wadliq evlerinde fonoqrama oxuyan gormemiwem Diskotekada herden olubOda toy yiyesi daniwsa yeqinki yol vermezler Yemekleride ureyimizce olub qonaqlarda cix razi gedibler Allah butun subaylara qismet etsin Amin Inwaallah

    Cavab yaz
  • Anonim
    Ahu · 14 Sentyabr 12:0420

    Rufet axundovun hec sesi yoxdu. Ebdul xalid, emil bedelov, elnur, canli oxumaga sesleri catmir.

    Cavab yaz
    • Anonim
      Wirin · 14 Sentyabr 15:0200

      Mugenniki fanaqram oxuyacaqsa ooooo booooyda pulu niye verib cagirsinlarki onda?!

      Cavab yaz
  • Anonim
    Səidə · 14 Sentyabr 14:2100

    Canli oxumaga ses lazimdi.O da ki, coxlarinda yoxdu.Olanda ozune eziyyet vermir.Biri var bogazini agridasan, biri de var agzini yalannan terpedesen.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.