Cəmiyyət

Piyadaların ən çox etdiyi səhvlər - VİDEO

13 Sentyabr 2017 21:57
1 Şərh     Baxış: 618

Kimi yola baxmır, kimi isə piyada keçidi olsa belə ondan istifadə eləmir. 2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub. Milli.Az bildirir ki, bəzi qəzalarda səhvlik piyadaların özlərində olur.

Yol hərəkəti üzrə ekspert Tural Yusifov Azərbaycanda piyadaların ən çox etdiyi 5 səhvin olduğunu deyir. Onun sözlərinə görə, baş verən qəzaların əksəriyyəti elə bu səhvlər səbəbindən olur.

Sürücülər üçün ən təhlükəli piyadalar isə yolun yarısına qədər gəlib keçməkdə tərəddüd edənlərdi.

Piyadaların ən çox etdiyi səhvlərdən biri də səkiylə deyil yolun hərəkət hissələrindən istifadə etmələridir.

Və ən təhlükəli məqam isə piyadaların etdikləri bu səhvlərə öz övladlarını da ortaq etmələridir. Nəticədə isə valideynindən bu yanlış addımı öyrənənlərin də gələcəkdə həyatlarını təhlükəyə atmaları qaçınılmazdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Piyadaların ən çox etdiyi səhvlər

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Rəhim · 14 Sentyabr 09:0910

    Qaydalara əməl olunmur piyadanın səki ilə hərəkət etməyə yolu yoxdur zəpt edilib moykalar çayçılar və başqa kiçik alverlə məşqul olanlar tərəfindən.Piada zolaqdan keçmirsə piyada vurulursa sürücüyə cinayət işi qalxmamalıdır .Piyada arxayındır bütün xərclər sürücünün üzərinə yüklənir.Ongörədə bele gedecek taki qanunlar işləyənə qədər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.