Cəmiyyət

Bu fond fəaliyyətini dayandırdı

13 Sentyabr 2017 21:24
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1999-cu ildə Azərbaycanda kiçik və orta biznesin kreditləşməsi üçün yaradılmış Almaniya-Azərbaycan fondu (AAF) faktiki olaraq fəaliyyətini dayandırıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.

Məlumata görə, AAF və Azərbaycan Maliyyə Nazirliyi arasında imzalanmış müqavilənin müddəti 2015-ci ildə başa çatmışdı. Ötən il şirkət əvvəl verilən kreditlərin yığımı ilə məşğul olub.

AAF kredit portfelini indiki 11 milyon avrodan 50 milyon avroyadək qaldırmaq niyyətində olduğunu bildirsə də, Maliyyə Nazirliyi Azərbaycanda biznesin kreditləşməsi üçün kifayət qədər mənbənin olduğunu bildirərək yeni müqavilənin imzalanmasına razılıq verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.