Cəmiyyət

Quşlar Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin uçuşunu ləngidib

13 Sentyabr 2017 21:18
0 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin mühərrik bölməsində quş yuvası aşkarlanması səbəbindən uçuş təxirə salınıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə xəbər verən yerli mətbuatda bildirilib ki, İranın ATA Hava Yollarına məxsus təyyarə Təbrizin hava limanından Bakı istiqamətinə uçuşa hazırlaşarkən kapitan mühərrikdən qeyri-adi səsin gəldiyini duyub və mühərrikin yoxlanılmasını istəyib. Yoxlama zamanı məlum olub ki, mühərrikin yerləşdiyi bölməyə bir neçə quş girib.

Quşlar mühərrik bölməsindən götürüləndən sonra təyyarənin uçmasına icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.