Cəmiyyət

BNA göstəriş verdi: Bilik Günü paytaxt marşrutlarında avtobusların sayı artırılacaq

11 Sentyabr 2017 15:52
2 Şərh     Baxış: 4 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər görüb.

Qurumun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi həmin gün səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verib.

Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.