Cəmiyyət

Sabahın HAVAsı

5 Sentyabr 2017 13:04
353 Şərh     Baxış: 5 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sabah şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında Sentyabrın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.