Cəmiyyət

Gecə saatlarında Bakıda 4 piyadanı avtomobil vurub

24 Avqust 2017 08:24
0 Şərh     Baxış: 1 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında paytaxt Bakıda 4 nəfəri avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, ilk yol-nəqliyyat hadisəsi Nizami rayonu ərazisində baş verib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin qarşısında yolu keçmək istəyən 60 yaşlı Batıyev Kamandar İbrahim oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Digər hadisə Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Quliyev Səxavət Qarakişi oğlunu avtomobil vurub. S.Quliyev açıq kəllə-beyin travması alaraq xəstəxanaya aparılıb.
Xəzər rayonunda da piyada vurulması ilə nəticələnən yol qəzası baş verib. Zirə qəsəbəsində yolun kənarı ilə hərəkət edən 39 yaşlı Əliyev Elmanı "VAZ-2107" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya çatdırılıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.
Daha bir piyada vurulması hadisəsi Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində baş verib. Yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağaməmmədov Namazəli Niftulla oğlunu avtomobil vurub. Sürücü yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.