Cəmiyyət

Bakıda qadın həkimi poliklinikada sevgilisi bıçaqladı - YENİLƏNİB - FOTO

24 Avqust 2017 12:28
1 Şərh     Baxış: 14 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:28

Bakıda qadına amburla xəsarət yetirən şəxs tutulub.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, bu gün Səbail rayonu ərazisində Bakı şəhər sakini Məhəmmədhüseyn Abbasov münaqişə zəminində paytaxt sakini Faizə Əyyubovaya amburla xəsarət yetirib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Abbasov tutulub.

-----------

07:24

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Bülbül prospektində yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının nəzdindəki Travmatoloji məntəqədə qeydə alınıb.

Orada həkim kimi fəaliyyət göstərən 1972-ci il təvəllüdlü Eyyubova Faizə İslam qızı özünün dediyinə görə, sevgilisi ilə poliklinikanın içərisində mübahisə edib. Bu zaman kişi iti bizlə ona bədəninin bir neçə yerindən xəsarət yetirib. Həkim təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.