Cəmiyyət

"Bizə qardaşlıq köməyi göstərdiyinə görə Azərbaycana minnətdarıq"

23 Avqust 2017 21:36
0 Şərh     Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın müdafiə naziri Levan İzoria ölkə ərazisində davam edən yanğınların söndürülməsində göstərdiyi köməyə görə Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir yanğınların monitorinqini məhz Azərbaycanın göndərdiyi helikopterlə həyata keçirdiklərini bildirib. "Bizə qardaşlıq köməyi göstərdiyinə görə Azərbaycana minnətdarıq. Yüksək əməkdaşlıq nəticəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olduq", - deyə Levan İzoria bildirib.

Yanğın ocaqları minimallaşdırılsa da, küləyin alovun qarşısının tam alınmasına mane olduğunu qeyd edən nazir deyib: "Azərbaycan və digər ölkələrin köməyi ilə yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.