Cəmiyyət

Gürcüstan rəsmiləri: "Azərbaycandan gəlmiş yanğınsöndürənlər və xilasedicilər xüsusi fəallıq göstərirlər" - FOTO

23 Avqust 2017 21:17
0 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları Borjomi-Xaraqauli qoruğunda yanğın baş verən ərazilərdə olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səfir burada Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili və digər hökumət üzvləri ilə görüşüb. Baş nazir və Gürcüstanın digər rəsmi şəxsləri yanğının söndürülməsinə göstərilən dəstəyə və ilk yardıma görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər. Bildirilib ki, Azərbaycandan gəlmiş yanğınsöndürənlər və xilasedicilər yanğının söndürülməsində xüsusi fəallıq göstərirlər, onlar cavabdeh olduqları bölgədə alovun başqa ərazilərə keçməsinin qarşısını alıblar.

Səfir Azərbaycandan gəlmiş xilasedicilər və yanğınsöndürənlər üçün yaradılmış düşərgədə də olub, şəxsi heyətlə görüşüb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstandadır və bölgədə yanğının söndürülməsində fəal iştirak edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.