Cəmiyyət

İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin SİYAHISI dəyişdi

23 Avqust 2017 17:53
Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məlumatına görə, dəyişikliklərə əsasən, sərəncamın 1-ci hissəsində "22" rəqəmləri "28" rəqəmləri ilə, "267" rəqəmləri "271" rəqəmləri ilə əvəz edilir:

"Əhalinin içməli su ilə təmin edilməsi məqsədilə 28 rayonun 271 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın".

Həmin sərəncamın əlavəsi olan "İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı" yeni redaksiyada verilir.

Bu sərəncam imzalandığı gündən - avqustun 23-dən qüvvəyə minir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.