Cəmiyyət

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirəcək

23 Avqust 2017 08:09
Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirmək niyyətindədir.

Milli.Az bildirir ki, bunu Trend-ə Perunun Bakıdakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib.

Onun sözlərinə görə, hazırda Peru Azərbaycanın elektron viza proqramına qoşulub ki, bu da Peru pasportuna malik şəxslərə elektron viza almağa imkan verir:

"Peruda elektron viza sistemi mövcud deyil, amma biz çalışırıq ki, Azərbaycan vətəndaşlarına viza verilməsi prosesi daha sürətli və ucuz olsun".

L.Ç.Boldrini bildirib ki, Peru və Azərbaycan turizm sahəsində oxşar xidmətlər təklif edir:

"Hər iki ölkə təcrübə mübadiləsi apara bilər və bu sahədə imkanların genişləndirilməsi üçün əməkdaşlıq edə bilərlər. Məsələn, Peru Azərbaycanla milli brendin yaradılması üzrə təcrübəsini bölüşə bilər".

Diplomat əlavə edib ki, hazırda ölkələr turizm haqqında saziş üzərində çalışır. Bu saziş Perunun Xarici Ticarət və Turizm Nazirliyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığı möhkəmləndirəcək:

"Hesab edirik ki, turizm insanları birləşdirən ən yaxşı vasitədir. Ölkəmizə marağı artırmaq üçün Peru mətbəxi festivalının təşkil olunmasına çalışırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.