Binəqədi rayonu, Binəqədi qəsəbəsi, II mədən, 90-cı korpus, mənzil 20-də yaşayan sakin Umarova Şəfəq Fərman qızı su verilməməsi ilə bağlı Milli.Az-a müraciət edib.
Milli.Az xəbər verir ki, onun dediyinə görə, evləri 12 gündür su ilə təmin olunmur. O, dəfələrlə qaynar xəttə, su idarəsinə yazılı və şifahi müraciət edib. Əraziyə bir həftə sonra su göndərilib. Lakin qonşular arasında ayrıseçkilik edilib və ona su verilməyib.
"Avqust ayı ərzində cəmi 2 ton su verilib. Normalda həftədə 2 dəfə ev su ilə təmin olunurdu. 12 gündür su verilmir. Dəfələrlə qaynar xəttə zəng edib bildirmişik. İdarədən 9 gün sonra su göndərdilər. Onda da sürücü bir-iki "seçilən" qonşuya su verib getdi".
Qeyd edək ki, həmin ərazidə su xətti yoxdur. Sakinlərin suyu "Azərsu"nun göndərdiyi su maşınları ilə təmin olunur.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində