Cəmiyyət

Bu restoranda şəhid övladlarının ad günü pulsuz qeyd edilir - VİDEO

21 Avqust 2017 22:31
19 Şərh     Baxış: 3 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkərandakı restoranlardan birinin rəhbərliyi təqdirəlayiq addım atıb.

Milli.Az bildirir ki, torpaqlarımız uğrunda şəhid olan şəxslərin övladları ad gününü öz yaxınları ilə birlikdə həmin restoranda təmənnasız qeyd edə bilər. Hətta bunun üçün ad günü olan şəhid övladına restoran tərəfindən dəvətnamə də göndərilir.

Şəhid övladları 5 nəfər yaxını ilə birlikdə ad gününü burada qeyd edə bilər.

Restoranın qarşısında bununla bağlı elan lövhəsi də vurulub. Sonda isə qeyd edilib ki, "Haqqı atanız tərəfindən ödənilib".

Ad gününü qeyd edən şəhid ailələrinin yeməyi üçün heç bir limit yoxdur. Doğum günü süfrəsinin bəzədilməsi də ailələrin istəyinə uyğun həyata keçirilir.

Tortun kəsilməsi mərasimində klounlar da iştirak edir. Ad günü qeyd edilən şəxs uşaq olarsa, mərasim ona uyğun təşkil edilir. İndiyədək bu rəstoranda ad günü qeyd edənlər də olub.

Restoran rəhbərliyi tərəfindən bu cür xeyriyyə tədbirlərinin davam etdiriləcəyi bildirilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu restoranda şəhid övladlarının ad günü pulsuz qeyd edilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.