Cəmiyyət

Allahın göndərdiyi peyğəmbərlərdən diri qalanı varmı?

24 Avqust 2017 07:11
2 Şərh     Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahın göndərdiyi peyğəmbərlərin hamısı vəfat etmişdir yoxsa diri qalan peyğəmbər də vardır?

İslami mənbələrdə bəzi peyğəmbərlərin ölmədiyi və qiyamətə kimi diri qalacaqları barədə məlumatlar var. Məsələn, yəhudilər Həzrət İsa Peyğəmbəri (ə) ələ keçirib çarmıxa çəkmək istəyəndə Allah o həzrəti xilas etdi və Öz dərgahına apardı. İsa Peyğəmbər (ə) 12-ci imam Mehdinin (ə) zühuru zamanı yer üzünə enib Ona yardım edəcək.

Milli.Az islam.az-a istinadən bildirir ki, bundan başqa, dirilik suyunu tapıb içmiş Həzrət Xızr Peyğəmbərin, İlyas və İdris Peyğəmbərlərin (ə) də Qiyamətə kimi diri qalacağı haqqında rəvayətlər var. Bəzən Xızr və İlyas (ə) Peyğəmbərləri eyni sayırlar.

Qeyd edək ki, şiə inancına görə, 12-ci imam Həzrət Mehdi (ə) də təqribən 874-cü ildə qeybə çəkilmişdir, diridir və Allahın buyurduğu vaxt zühur edəcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.