Cəmiyyət

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 22:23
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunda 3 ev yanıb. Xəsarət alanlar var.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib. Qazax rayonunda toyda olan ev sakinlərinin birinin evində baş verən yanğın yaxınlıqdakı evlərə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon və Ağstafa rayon Yanğından Mühafizə Hissənin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində 3 evin yandığı bildirilir. Məlumata görə, hadisə zamanı bir FHN əməkdaşı damdan yıxılaraq ağır xəsarət alıb. Yanğında xəsarət alan FHN əməkdaş 47 yaşlı Nağıyev Müşviq Məmməd oğludur.
Hazırda yanğının qarşısını almaq üçün işlər görülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.