Cəmiyyət

DİN Azərbaycanda yeni nazir təyinatını təkzib etdi – YENİLƏNİB

20 Avqust 2017 23:16
5 Şərh     Baxış: 14 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:16

Polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunması haqqında yayılan məlumat həqiqətə uyğun deyil. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilmiş məlumata əsasən, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilməsi barədə xəbər həqiqəti əks etdirmir.

20:12

Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə muxtar respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib.

Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.