Cəmiyyət

Bakıda "KamAZ" və ev yanıb

20 Avqust 2017 10:30
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki yanğın hadisəsi qeydə alınıb.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin kabinəsi yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Sabunçu rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.