Cəmiyyət

Sumqayıtda günün günorta çağı itləri güllələdilər - FOTO

19 Avqust 2017 23:27
160 Şərh     Baxış: 13 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtdan xoşagəlməz xəbər var.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şəhərin mərkəzində İcra Hakimiyyəti binasının qarşısında bir nəfər sahibsiz itləri, küçüklərə belə yazığı gəlmədən güllələyir.

Mane olmaq istəyən insanları isə onları da vuracağı ilə hədələyib.

Xatırladaq ki, keçən il Azərbaycan Milli Məclisi "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə" qanun qəbul edib. Burada ev heyvanlarının saxlanılması, yedizdirilməsi, daşınması, eləcə də heyvanlara qarşı qəddarlığa görə cərimənin məbləğinin artırılması nəzərə alınıb. Əgər əvvəllər heyvanlarla qəddar davranışa görə 40 manat cərimə nəzərdə tutulurdusa, indi bu qanuna müvafiq olaraq məbləğ 500 manata qaldırıldı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.