Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu və (Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (Avrasya Ekonomik İlişkiler Derneği - EkoAvrasya) dəstəyi ilə ölkəmizdə səfərdə olan Ankara Pursaklar bələdiyyə sədri Selcuk Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti, "EkoAvrasya"nın sədri Hikmet Eren və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri , KİV təmsilçiləri və ziyalılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Trend-in məlumatına görə, qonaqları müşayiət edən millət vəkili Qənirə Paşayeva ermənilərin törətdikləri soyqırımlar haqqında ətraflı məlumat verib.
Ankara Pursaklar bələdiyyə başqanı Selcuk Çetin bu həqiqətləri birlikdə dünyaya daha geniş çatdırmaq üçün birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.
Milli.Az