Cəmiyyət

Bakıda qadının aldığı ev başqasına satıldı - Mənzil alarkən diqqətli olun! - VİDEO - FOTO

19 Avqust 2017 16:00
2 Şərh     Baxış: 2 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ildə Bakıdakı tikinti şirkətlərinin birindən ev alan Yaqut Yusifova 3 ildir nə aldığı evə köçə, nə də ödədiyi pulu geri ala bilir.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, mənzili aldıqdan 1 il sonra məlum olub ki, həmin ev 2007-ci ildə başqa bir şəxsə satılıb.

Zərəçəkən mövcud problemlə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin verdiyi qərardan 5 ay keçsə də şirkət zərərçəkəndən aldığı 51.500 manat məbləğində pulu geri qaytarmır.

Yaqur Yusifova - Zərərçəkən: "Mən dedim ki, 2 aya kimi təhvil verin, içinə yığılım. Dedilər ki, qışda təmir getməyəcək, yaz qabağı gələrsiz. Məni 1 il belə safdırdılar. Yaz qabağı gəldi, indi olmadı, bir az getdi, gördük ki, evin problemləri var hələ gecdir".

Yaqut Yusifova dəfələrlə özünü şirkət direktoru kimi təqdim edən Aqil Məmmədova müraciət etsə də nəticəsiz qalıb. Səbəb kimi şirkətin hesabında pul olmadığı göstərilir. Mütəxəssislər şirkət rəhbərinin məhkəmənin qərarını icra etmək məcburiyyətində olduğunu deyir.

Ekspertlər bu kimi halların artmasına səbəb kimi işini bacara bilməyənlərin tikinti sektoruna daxil olmalarını göstərirlər.

Bu cür hallardan sığortalanmaq üçün şirkət və vətəndaş arasında müqavilənin notarial qaydada bağlanması mütləqdir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qadının aldığı ev başqasına satıldı - Mənzil alarkən diqqətli olun!

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.