Cəmiyyət

Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək? - VİDEO

18 Avqust 2017 23:09
1 Şərh     Baxış: 1 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum məsələdir ki, universitetlərin yataqxanalarının əksəriyyətində məcbur köçkünlər yerləşdirildiyi üçün onları öz tələbələrini yataqxana ilə təmin etmək imkanları məhduddur.

Amma bu şəraiti az da olsa tələbələri üçün təmin edən ali təhsil müəssisələri var. Bu isə tələbatın çox olduğu bir şəraitdə universitetlərin tələbələri hansı meyarlar əsasında yataqxana ilə təmin etməsi məsələsini gündəmə gətirir. Məsələn Azərbaycan Memarlıq və İnşaat Universitetinin 5 yataqxanası olsa onların 4-də məcburi köçkünlər yaşasayır. Yerdə qalan bir yataqxana da isə tələbə yerləşdirmək imkanı var.

Milli.Az bildirir ki, universitetin Tələbə Həmkarlar İttifaqının sədri deyir ki, tələbat çox olduğundan mürəaciətlər araşdırılır və güzəştli sosial təbəqələrə üstünlük verilir.

Tibb Universitetinin isə imkanları nisbətən daha genişdir. Belə ki ali məktəbin hazırda 5 yataqxanası tələbələrin ixtiyarına veriləcək. Bunlardan 2- qızlar 2*si oğlanlar 1 isə əcnəbilər üçün nəzərdə tutulub.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov deyir ki, bütün ali məktəblərdə olduğu kimi burada da yataqxanada qalmaq istəyən tələbələr ərizə ilə müraciət etməlidirlər. Seçim zamanı tələbələrin ailə vəziyyətləri nəzərə alınır.
Tələbələrlə 1 illik müqavilə bağlanılır. Növbəti illərdə yataqxanada qalmaq istəyənlər yenidən order almaq üçün müraciət etməldirlər.

Geniş tələbə kontingentinə malik Bakı Dövlət və İqtisad, Mədəniyyət və incəsənət Universitetlərinin yataqxanalarında qaçqınlar qaldığından tələbələrə bu xidməti təklif etmək mümkün deyil.

Azərbaycan Dövlət neft və sənaye universitetinin 300 nəfərlik yataqxanası var. Aylıq ödənişlər 30 manat təşkil edir. Gələn ildən 1000 nəfərlik yeni binanın tikintisi gözlənilir. Azərbaycan dövlət pedaqoji və dövlət texniki universitetlərinin 5 yataqxanası olsa da, yalnız 1-də tələbələrin qalması üçün imkanlar var. Burada da tələbələrin yatqxana ilə təmini digər universitetlərdəki prinsiplər əsasında aparılır.

Özəl ali məktəblərə də ildən-ilə regionlarda yaşayan abituriyentlərin qəbul olmasının çoxaldığını nəzərə alsaq onların yataqxana şəraitinin yaxşı olması vacib amillərdəndir. Bakı Avrasiya Universiteti özəl ali məktəblər arasında yataqxana xidməti təklif edən yeganə universitetdir.

Qeyd edək ki, tələbə yataqxanalarından məcbur köçkünlərin köçürülməsi hazırda hökümətin də gündəmindədir. Bu iş mərhələli şəkildə həyata keçirilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.