Cəmiyyət

Turşu hazırlayarkən bunlara diqqət edin! - VİDEO

18 Avqust 2017 22:57
0 Şərh     Baxış: 2 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqust istirahətlə yanaşı həm də evdar xanımların qışa tədarük gördüyü bir vaxtdır. Bu ay bütün turşular, mürəbbələr və meyvə şirələri hazırlanır. Bunun üçün lazım olan meyvə-tərəvəz alınır və balonlarda bağlanır. Lakin qışda bəzi turşular zəhərlənmələrə səbəb olur. Belə xoşagəlməz hallarla üzləşməmək üçün ilk növbədə turşuların düzgün hazırlanması qaydasına riayət etmək lazımdır.

Bazarda - mağazalarda satılan turşulara, meyvə şirələrinə və mürəbbələrə isə qışda olduğu kimi indi də təlabat var. Milli.Az bildirir ki, alıcılar arasında hətta əcnəbi müştərilərə də rast gəlmək mümkündür. Satıcılar deyirlər ki, qışda açıq şəkildə kilo ilə satılan turşuları bu mövsümdə yalnız bağlı şəkildə - yəni balonlarda mağazalardan tapmaq olar.

Bazarlarda və mağazalarda satılan bu məhsulların təhlükəsizliyinə isə satıcılar zəmanət verirlər. Onların sözlərinə görə, meyvə tərəvəzlərdən hazırlanan bu bağlamalar, strelizə olunmuş şəraitdə hazırlanır. Eyni zamanda içərisinə vurulan bütün məhsulların, duz və sirkənin də miqdarına xüsusi nəzarət olunur. Elə bu məqsədlə, satış üçün gətirilən turşular xüsusi yoxlandıqdan sonra satışa çıxarılır.

Ümumiyyətlə tövsiyyə olunur ki, ilk növbədə alınan meyvə tərəvəz yaxşı yuyulsun. Daha sonra bağlayacağınız balonlar yuyularaq qaynar su ilə strelizə edilməlidir. Bu proseslər təmiz və ardıcıl şəkildə həyata keçirilməli, tərkibinə vurulan duz, istiot və sirkə isə qədərində olmalıdır. Bütün bunlara dəqiqliklə nəzarət etsəniz, qışa ayları üçün tədarük etdiyiniz bağlamalarınızda heç bir problem yaranmaz. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Turşu hazırlayarkən bunlara diqqət edin!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.