Adama ilk baxışdan bağı xatırladan bu məkan əslində alman qəbiristanlığıdır.
Bir əsrdən artıq burada yaşamış almanlarla bağlı olan Göygöl rayonu xalqımızın qədim və bəşəri dəyərlərinə də işıq tutur. Rayondakı başqa xalqlara məxsus qəbristanlıqlar bu gün də Azərbaycanla bağlı mühüm mətləblərin əyani sübutu rolunu oynayır. Alman qəbristanlıqları da bu sırada mühüm yer tutur.
Milli.Az bildirir ki, rayonun qocaman sakini, uzun illər baş memar işləmiş Fikrət İsmayılov deyir ki, 19-cu əsrin əvvəlindən 20-ci əsrin ortasına qədər burada yaşayan yerli almanların torpağa tapşırıldığı məzarlıq mülki qəbristanlıq, Böyük Vətən Müharibəsində əsir düşənlərin dəfn olunduğu məzarlıq isə hərbi qəbristanlıqdır.
Onun sözlərinə görə hazırda gözəl, yaşıl bir bağı xatırladan məzarlığa münasibət heç vaxt pis olmayıb. Hətta almanlara münasibətin ən amansız olduğu sovet dönəmində belə xalqımızın sahib olduğu mənəvi dəyərlər bizləri qəbristanlıqlara hörmətlə yanaşmağa vadar edib.
Müsahibimizin sözlərinə görə, bu qəbristanlıqda tək almanlar yox, başqa Avropa xalqlarının nümayəndələri də dəfn olunub. Hansı ki, onlar da alman qoşunlarının tərkibində Sovet hərbi birləşmələrinə qarşı döyüşlərdə iştirak edərək əsir düşmüşdülər. Fikrət İsmayılov deyir ki, bu məzarlıqda dəfn olunanların qohumlarından tez-tez doğmalarının qəbirlərini ziyarətə gələnlər olur. Onlar da buranı ziyarətdən sonra Azərbaycan xalqının tolerantlığını çox yüksək qiymətləndirilər. /xezerxeber.az
Milli.Az