Cəmiyyət

Ermənilər bu dəfə suyumuza göz dikdilər - Zavod tikirlər - VİDEO

18 Avqust 2017 22:53
3 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilər bu dəfə suyumuza göz dikdilər. Milli.Az bildirir ki, indi də azərbaycanın dilbər guşəsi Kəlbəcərin suyunu öz adlarına çıxarıb xarici ölkələrə satmağa hazırlaşırlar.

Bura Kəlbəcərdir. Görüntülər yenicə lentə alınıb. Özü də ermənilər tərəfindən. Öz yerli saytlarında yaydıqları bu görüntülərdə ermənilər kəlbəcərdə su zavodunun tikintisindən bəhs edirlər. zavodun təməlqoyma mərasimində Ermənistanın baş naziri Karen Karapetyan da iştirak edib.

Karen Karapetyan təməlqoyma mərasimində deyib ki, zavod inşa olunduqdan sonra orda istehsal olunan Kəlbəcər suyu xarici ölkələrə satılacaq. Deməli yenə bizim milli sərvətlərimizi öz adları ilə dünya bazarına çıxaracaqlar. Və bunun üçün xarici investorlardan dəstək alacaqlar. Bunu hətta ermənistanın baş naziri də etiraf edib. O deyib ki. Kəlbəcərdə təməli qoyulan su zavodu xarici investorların hesabına tikiləcək.

Məsələyə Xarici İşlər Nazirliyindən də mövqe öyrəndik. Qurumun sözcüsü Hikmət Hacıyev bildirib ki, məsələ hazırda ətraflı şəkildə araşdırılır. Araşdırmalar tamamlandıqdan sonra bütün lazımi addımlar atılacaq və bununla bağlı ehtiyac olduğu təqdirdə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ermənilər bu dəfə suyumuza göz dikdilər - Zavod tikirlər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.