Cəmiyyət

Bakıda görünməmiş hadisə: sərnişin avtobus sürücüsünə tapança tuşladı - YENİLƏNİB - VİDEO

19 Avqust 2017 10:28
22 Şərh     Baxış: 8 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:28

Qeyd olunan hadisə avqustun 16-da saat 23:00-da Bakının 9-cu mikrorayonunda, Adil Əliyev küçəsində baş verib.

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər.

------------------

18.08.2017

21:00

Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar).

Lakin bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxır. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, aşağıda təqdim etdiyimiz videoda görmək olar ki, "potensial sərnişin" avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyir. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının "ən yaxşı ənənələr"inə uyğun olaraq tapança çıxarmaqla cavab verir.

Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmur və bu qorxmazlığı əslində daşıdığı insanları xilas edir.

Ümid edirik ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, aidiyyəti olan qurumlar da bundan nəticə çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda görünməmiş hadisə: sərnişin avtobus sürücüsünə tapança tuşladı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.