Cəmiyyət

Ər intihar etdi, arvadını kənddən qovdular - Azərbaycanda

18 Avqust 2017 20:50
11 Şərh     Baxış: 4 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax rayonunda növbəti intihar hadisəsi qeydə alınıb. Ötən gecə Əmbərçay kənd sakini, 28 yaşlı Elman Elşad oğlu Camalovun meyiti yaşadı evin həyətyanı sahəsindəki yardımçı tikilidən tapılıb. O, tikilidən asılı vəziyyətdə aşkarlanıb.

Milli.Az xəbər verir ki, kənd sakinləri Sputnik Azərbaycan-a bildiriblər ki, mərhum ötən gecə Bakıdan kəndə gəlib. Xəbərsiz gəldiyinə görə, onunla həyat yoldaşı arasında münaqişə baş verib. Həyat yoldaşı ilə mübahisə edəndən sonra Camalov həyətə çıxıb və geri qayıtmayıb. Bir müddətdən sonra onu axtarmağa çıxan ailə üzvləri, həyətdəki yardımçı tikilidə onun cansız bədəni ilə rastlaşıblar.

Camalovun ailə üzvləri intihara təhrik etdiyinə görə, onun həyat yoldaşını kənddən qovublar. Mərhum bu gün günorta saatlarında dəfn olunub.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.