Cəmiyyət

Bakıda məktəbli yarmarkaları açılır

18 Avqust 2017 20:25
0 Şərh     Baxış: 1 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb. Milli.Az bildirir ki, bu barədə Trend-ə qurumun mətbuat katibi Əlabbas Bağırov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yarmarkalara avqustun 25-dən start veriləcək: "Yarmarkalar metronun "Elmlər Akademiyası", "28 May", "İnşaatçılar", " Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarının qarşısında keçiriləcək. Artıq yarmarkaların keçiriləcəyi çadırların quraşdırılmasına start verilib. Yaxın günlərdə hazırlıq işləri tamamlanacaq."

Ə.Bağırov qeyd edib ki, yarmarkalar sentyabrın 25-dək davam edəcək. Burada satılan məktəbli ləvazimatı bazar qiymətlərindən aşağı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.