Cəmiyyət

Balakən "ABAD"çılarının məhsulları satışa çıxarılıb - FOTO

18 Avqust 2017 15:34
Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 avqust 2017-ci il tarixdə Balakən rayonunda "ABAD" tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları paytaxt Bakı şəhərində satışa çıxarılıb.

Milli.Az bildirir ki, təqdim olunan cem və mürəbbə məhsulları beş "ABAD"çı ailə tərəfindən hazırlanıb. Məhsullar "ABAD" tərəfindən ailələr üçün yaradılmış brend adı və uyğun dizayn altında təqdim olunur.

İlkin mərhələdə məhsulları satışa çıxarılmış ailə brendləri aşağıdakılardır: "Balməkan" (Bazarovların ailə təsərrüfatı), "Dənə-dənə" (Bağırovların ailə təsərrüfatı), "Yay səbəti" (Əliyevlərin ailə təsərrüfatı), "Bağımızın bəhrəsi" (İbrahimovların ailə təsərrüfatı), "Budaqdan" (Xəlilovların ailə təsərrüfatı).

Bu məhsullar "ABAD" tərəfindən verilmiş texnoloji avadanlıqlardan istifadə etməklə ailə təsərrüfatlarında hazırlanıb. "ABAD"çı ailələrin tərkibində heç bir qatqı olmayan tam təbii məhsulları özünəməxsus dadı ilə fərqlənir. Ailələr mürəbbə və cemlərin hazırlanmasında bağlarından topladığı meyvələrdən istifadə edirlər. Bundan başqa, məhsullar müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından keçiblər.

Beş "ABAD"çı ailənin cem və mürəbbə məhsulları hazırda "İçərişəhər"də və Heydər Əliyev Beynəlxalq Hava Limanının "Duty Free" zonasında yerləşən "ABAD" mərkəzlərində satışa çıxarılıb.

Qarşıdakı müddətdə "ABAD"çı ailə təsərrüfatlarının məhsulları böyük supermarketlər şəbəkələrində satışa çıxarılacaq. Bundan başqa, tezliklə "ABAD"çı ailələr tərəfindən hazırlanmış ət və süd məhsulları, yeni cem və mürəbbə brendləri istehlakçılara təqdim olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.