Cəmiyyət

Barselonada zərər çəkənlər arasında Azərbaycan vətəndaşları varmı?

18 Avqust 2017 07:29
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlkin məlumatlara görə, Barselonada baş vermiş terror aktı nəticəsində zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Frans Press agentliyi yerli hakimiyyətin məlumatına istinadən xəbər verir.

Daha əvvəl agentlik terakt nəticəsində azı 18 ölkənin vətəndaşının xəsarət aldığını bildirib.

Məlumata görə, xəsarət alanlar arasında Fransa, Almaniya, İspaniya, Niderland, Argentina, Venesuela, Belçika, Avstraliya, Macarıstan, Peru, Şimali İrlandiya, Yunanıstan, Kuba, Makedoniya, Çin, İtaliya, Rumıniya və Əlcəzair vətəndaşları var.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 100 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.