Cəmiyyət

Azərbaycanda otel qalmaqalı: otaqlar başqalarına satıldı - VİDEO

17 Avqust 2017 21:11
1 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir turist növbəti ildə daha 3 turistin gəlməsi deməkdir. Yay turizmi qızğın ölkəmizə əcnəbi qonaqların axını davam edir. Amma bir sıra otel və turizm şirkətlərinin qeyri peşəkarlığı bu sahədə ölkənin imicinə mənfi xələl gətirir. Söhbət rezervasiya qaydalarına əməl etməyənlərdən gedir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycana turist cəlb edən şirkətlər iddia edirlər ki, bu sahədə ən çox problem bir sıra otellərin qeyri peşəkarlığından yaranır. Belə ki, əvvəlcədən rezervasiya edilən otaqlar son məqamda başqalarına verilir.
Otaqlara görə əvvəlcədən ödənilən beh geri qaytarılsa da həmin məqamda yenidən otel axtarışına çıxmaq çətin məsələdir. İlk növbədə ona görə ki, bu turistlərin narazılığına səbəb olur. Onu da deyək ki şirkət iddia edir ki, 30 nəfər üçün otelə depozit deyilən 1000 manat ödənilib. Və bunu təsdiq edən vatsapp yazışmaları da var.
Məsələyə aydınlıq gətirmək üçün otelin meneceri ilə əlaqə saxladıq. Həmin şəxs öz yazışmasını dandı. Və rezerv olunub behi verilən otaqları başqalarına vermədiklərini iddia etdilər.
Bəs görəsən onları buna vadar edən nədir və əvvəlcədən rezerv olunan otaqları başqalarına satmaq nə dərəcədə düzgündür.
Hər şeydən əvvəl onu nəzərə almq lazımdırs ki turizmin inkişafının ən başlıca vasitəsi məhz ölkədəki turistin razılığıdır. Bu sektorda artıq şüara çevrilmiş bir deyim var. Ölkədən razı ayrılan hər turist, növbəti mövsümdə daha 3 turist deməkdir. Amma qeyri peşəkarların sayəsində bununu əks effektini də görə bilərik. Yəni hər narazı qalan turist də həm bu sektoru həm də dövləti bir o qədər zərərə uğradır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Rezerv olunan otaqlar başqalarına satıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.