Cəmiyyət

Göygöldə dəhşət: İki qadın amansızlıqla qətlə yetirildi – YENİLƏNİB

17 Avqust 2017 20:55
5 Şərh     Baxış: 2 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:55

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, öldürülən qadınların ana və qızı olduğu məlum olub.

Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

19:44

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

18:44

Göygöldə iki qadın qətlə yetirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.

Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

18:39

Göygöl rayonunda qətl hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər.

Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.