Cəmiyyət

Tikintini axşam saatlarında aparılır - Bina sakinləri narazıdır - VİDEO

16 Avqust 2017 21:39
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci mərtəbədə aparılan tikinti işləri binada yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlər burada qanunsuz tikinti aparıldığını və bunun onlar üçün problem yaratdığını iddia edirlər. Milli.Az bildirir ki, söhbət Paytaxtın Yasamal rayonu yeni yasamal 1 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinlərindən gedir. Onlar deyir ki, tikinti işi axşamlar aparılır. Bu da onların istirahətinə mane olur.

Sakinlət iddia edir ki, tikinti işi qaz xətinin düz altında aparıldığından daha çox narahatdırlar.

Tikinti aparan Vüsal Qasımov deyir ki, birinci mərtəbədə hansısa obyekt tikilmir, sadəcə eyvan artırılır. Bunun üçün isə Yasamal rayon icra hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsindən icazə də alınıb.

Buranın mənzil və ya obyekt olacağı yəqin ki, yaxın vaxtlarda dəqiq bilinəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tikintini axşam saatlarında aparılır - Bina sakinləri narazıdır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.