Cəmiyyət

"Skaut hərəkatı Azərbaycanda daha geniş vüsət alacaq"

16 Avqust 2017 19:25
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən Fransadan gəlmişəm, təbiəti mühafizə məsələləri ilə məşğulam və "Mindfulness scout" təşkilatının prezidentiyəm. Diqqətəlayiq haldır ki, dünyanın müxtəlif ölkələrindən mindən çox skaut yeni plan və ideyaları, gələcək tədbir və layihələri müzakirə etmək üçün bu gün bura toplaşıb. Bu gün Azərbaycanda Dünya Skaut Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir. Tədbir yüksək səviyyədə təşkil edilib. Belə mehriban və qonaqpərvər qəbula və skaut hərəkatının irəlilədilməsi işində səylərə görə hamıya təşəkkür edirəm.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində 41-ci Dünya Skaut Konfransının iştirakçısı, "Mindfulness scout" təşkilatının prezidenti, fransalı skaut Bastiyen İzabelle deyib.

Bakı Konqres Mərkəzinin binasına heyran qaldığını, Azərbaycan Skautlar Assosiasiyasının (ASA) gördüyü işlərin onda güclü təəssürat oyatdığını bildirən fransalı skaut ASA-ya gələcək fəaliyyətində uğurlar arzu edib.

B.İzabelle vurğulayıb ki, skaut hərəkatı Azərbaycanda daha geniş vüsət alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.