Cəmiyyət

Yüksək təzyiqin əsas səbəbləri

19 Avqust 2017 20:10
0 Şərh     Baxış: 2 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyrək mayesi və duz balansı

Böyrəklər normalda bədənin duz balansını, natrium və suyu balanslaşdırır və kaliumu ortadan qaldıraraq nizama salır. Bu böyrək funksiyasındakı balanssızlıqlar yüksək qan təzyiqinə səbəb ola biləcək qan həcmlərini artıra bilməkdədir.

Qan damarı quruluşu və funksiyası
Milli.Az deyerler.org-a istinadən bildirir ki, kiçik və böyük aarteriyaların quruluşunda və funksiyalarında meydana gələn dəyişikliklər, yüksək təzyiqə səbəb ola bilər. İmmunitet qan təzyiqinə təsir edə biləcək kiçik və böyük arteriyaları sərtləşdirir.

Genetik faktorlar
Yüksək təzyiqin irsi olması olduqca sıx müşahidə edilən haldır. İllərlə aparılan araşdırmalar, yüksək təzyiq ilə əlaqəli bir çox geni və digər mutasiyaları təyin etmişdir.

Həddindən artıq piylənmə
Yüksək təzyiq sahəsində aparılan araşdırmalara görə, həddindən artıq çəkili və ya piylənmədən əziyyət çəkmək, qan damarlarındakı müqaviməti artırır. Bu səbəblə ürəyin daha yaxşı işləməməsi və yüksək təzyiqin meydana gələ biləcəyi bildirilir.

Dərmanlayarın təsiri
Astma və ya hormon müalicələri, bəzi reseptli və reseptsiz dərmanları qəbul etmək yüksək təzyiqə səbəb ola bilər. Bu dərmanlar bədənin maye və duz balanslarına nəzarət etmək formasını dəyişdirir, qan damarlarının sıxışmasına səbəb olur və yüksək təzyiqə gətirib çıxaran renin-anqiotenzin-aldosteron sisteminə təsir edir.

Digər səbəblər
Yüksək təzyiqin digər səbəbləri arasında xroniki böyrək xəstəliyi, yuxu apnesi, tiroid problemləri və ya bəzi şişlər kimi tibbi vəziyyətlər var. Bu şərtlər bədəndəki mayeləri, natriumu və hormonların nəzarət etmək formasını dəyişdirə bilər. Bu da yüksək qan təzyiqinə səbəb olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.